Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-24
Kredit təşkilatının vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır

     Şirvan Apellyasiya məhkəməsinin "KredAqro" bank olmayan kredit təşkilatının Cəlilabad filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərardadı və həmin təşkilatdan daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılmışdır.

 

     Müəyyən edilmişdir ki, qeyd edilən filialın sabiq müdiri Muradov Mirəli Mirhəsən oğlu və digərləri tərəfindən müştərilərdən alınmış kredit ödənişləri bank sisteminə mədaxil edilməmiş, eyni zamanda saxta sənədlər əsasında müxbir olduqları banklardan qanunsuz olaraq kreditlər götürülməklə mənimsənilmişdir.

 

     Araşdırmalarla həmçinin müəyyən edilmişdir ki, təşkilat ilə vətəndaş arasında 5.0 min manat məbləğində kredit alınmasına dair bağlanmış kredit müqaviləsi saxta olmaqla həmin sənədə vətəndaş tərəfindən imza edilməmişdir. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanan zaman vətəndaş Türkiyə Respublikasında olduğu halda bağlanmış saxta kredit müqaviləsinə əsasən bankdan həmin vətəndaşın adına 5.0 min manat məbləğində pul götürülərək mənimsənilmişdir.

 

     Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

 

     Hazırda iş üzrə istintaq davam etdirilir.