Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-27
Salyan rayonunda ağır qətl hadisəsi törətmiş şəxs tutulmuşdur

     İyulun 27-də saat 13:00 radələrində  Salyan rayonunun Arbatan kənd sakini Hüseynov Xəlil Ramiz oğlu qısqanclıq zəminində həyat yoldaşı Axundova Kubra Abdulrəhim qızını və bacısının əri Gözəlov Zaur Nizam oğlunu özündə olan bıçaqla vuraraq qəsdən öldürmüş, bundan sonra isə həyat yoldaşının xalası oğlu Baxışov Cəlal Nizami oğlunu da bıçaqla vuraraq yaralamışdır. Sonuncu ağır vəziyyətdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.

 

     Hadisə yerinə baxış zamanı cinayətin aləti olan bıçaq aşkar edilərək götürülmüş, meyitlər daxili müayinə olunması üçün məhkəmə-tibb ekspertinə təqdim edilmişdir.

 

     Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Xəlil Hüseynov tutulmuşdur.

 

     Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi  qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

 

     X.Hüseynov ilkin ifadəsində törətdiyi cinayəti tam etiraf etmişdir.

 

     Hazırda iş üzrə istintaq davam etdirilir.