Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-30
Beyləqan Qaz istismar sahəsinin rəisinin qanunsuz əməlləri ifşa olunmuşdur

     "Azəriqaz" İstehsalat Birliyinin Beyləqan Qaz istismar sahəsinin rəisi Sabir Mustafayevin qanunsuz hərəkətləri barədə Dövlət Neft Şirkətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, Beyləqan Qaz istismar sahəsinin rəisi Sabir Mustafayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif bəhanələrlə, o cümlədən rayonda abadlıq işlərinin aparılması  adı ilə sahənin baş mühəndisi Arif Fərzəliyevdən 1.500 manat,  baş mühasib Vaqif Abdullayevdən 250 manat və sahənin digər əməkdaşlarından ümumilikdə 4.095 manat məbləğində pul almaqla fiziki şəxslərin, eləcə də işlədiyi təşkilatın qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur.

     Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

     Hazırda iş üzrə istintaq davam etdirilir.