Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-31
Özünü vəkil kimi təqdim edən şəxsin qanunsuz əməlləri ifşa olunmuşdur

     Bakı şəhər sakini Fətəliyeva Ülkər Hacıkişi qızının ona qarşı dələduzluq edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, özünü vəkil kimi təqdim edən Bəşirov Emin Yusif oğlu  Ülkər Fətəliyevanın keçmiş həyat yoldaşından mənzil və digər maddi ödənişləri məhkəmə yolu ilə alacağına köməklik göstərəcəyini vəd edərək ondan 1.000 manat məbləğində pul almaqla dələduzluq etmişdir.

     Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.

     Hazırda iş üzrə istintaq davam etdirilir.