Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-09-01
Xaçmaz rayonunda ağır cinayət törədilmişdir

     Avqustun 31-də Xaçmaz rayonunun Alekseevka kənd sakinləri 1928-ci il təvəllüdlü Məmmədov Möhübbət Seyidbala oğlunun, arvadı  1957-ci il təvəllüdlü Xatun Məmmədovanın və qızı 1998-ci il təvəllüdlü Xatirə Məmmədovanın üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin yaşadıqları evdə aşkar edilməsi barədə daxil olmuş məlumatla əlaqədar rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər zəruri hərəkətlər yerinə yetirilmişdir.

     Hadisə yerindən 16 mm kalibrli qoşalülə ov tüfəngi, həmin silaha aid patron, giliz və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar  müəyyən edilərək götürülmüşdür.

     Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən  öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

     Hazırda iş üzrə intensiv və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.