Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-09-13
Biləsuvar peşə liseyinin direktoru barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir

     Biləsuvar peşə liseyində təhsil alan şagirdlərə dövlət tərəfindən ayrılmış təqaüdün liseyin direktoru Teymur Poladov tərəfindən mənimsənilməsi barədə Biləsuvar rayon sakininin müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.

     İstintaqla müəyyən edildiyi kimi T.Poladov 2010-cu ilin aprel-sentyabr aylarında liseydə təhsil alan 333 şagirdə dövlət tərəfindən müəyyən olunmuş ümumilikdə 90 min 637 manat məbləğində təqaüdü özündə saxladığı bank kartları vasitəsi ilə çıxararaq talamışdır.

     İstintaqla həmçinin müəyyən edilmişdir ki, liseyin baş mühasibi Almaz Həşimov T.Poladovun qanunsuz göstərişi əsasında plastik bank kartlarının paylanmasını rəsmiləşdirmək üçün şagirdlərə kartlarını guya almalarına dair sənədlərə imza etdirməklə sonuncunun külli miqdarda pul vəsaitini mənimsəməsinə şərait yaratmışdır.

     T.Poladov və A.Həşimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci maddələri ilə ittiham elan edilmişdir.

     Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.