Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-09-14
"Euro-Azia-Az" MMC-nin vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilmişdir

     "Euro-Azia-Az" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru İlqar Yusifovun xarici ölkəyə getmək üçün viza alınmasından ötrü müraciət etmiş Bakı şəhər sakinindən rüşvət alması faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.

     İstintaqla müəyyən edildiyi kimi İ.Yusifov vəzifə səlahiyyətlərindən sui-istifadə edib cəmiyyətin Sumqayıt filialının direktoru Mirqərib Qasımov və qeyriləri ilə cinayət əlaqəsinə girərək xarici ölkəyə getmək üçün viza alınmasından ötrü müraciət etmiş ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almışdır.

     İ.Yusifov həmçinin ayrı-ayrı şəxslərin heç bir yerdə işləmədikləri və banklarda şəxsi pul hesablarının olmamasına baxmayaraq, guya onların iş yeri və banklarda şəxsi hesabalarının olmasına dair saxta arayışlar hazırlayaraq vəzifə saxtakarlığı törətmişdir.

     İ.Yusifov və M.Qasımova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (rüşvət alma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmişdir.

     Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.