Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-09-21
Baş Prokurorluğun nümayəndə heyəti BMT-nin regional tədbirində iştirak etmişdir

     Sentyabrın 13-14-də Ukraynanın Odessa şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə üzrə Ofisi və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) birgə təşkilatçılığı ilə "Milli səviyyədə cirkli pulların yuyulmasının qarşısının alınması və əks tədbirlərin görülməsi üzrə qurumlararası əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi" mövzusunda regional seminar keçirilmişdir.

 

     Seminarın işinə GUAM-a üzv dövlətlərin (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) nümayəndə heyətləri ilə yanaşı Böyük Britaniya, İtaliya, Macarıstan, Litva və digər ölkələri təmsil edən nümayəndələr də qatılmışlar.

 

     Tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev çıxış edərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında həyata keçirilmiş qanunvericilik və institusional tədbirlər, o cümlədən qeyd olunan kateqoriyadan olan cinayət işləri üzrə aparılan araşdırmaların xüsusiyyətləri barədə, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq olunmuş cinayət işləri barədə ətraflı məlumat vermişdir. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.