Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-10-02
Yol nəqliyyat hadisəsi yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilmişdir

     30 sentyabr 2012-ci il tarixdə saat 21:00 radələrində Gəncə şəhəri, Xətai prospektində yerləşən 7 nömrəli yaşayış binasının yaxınlığında naməlum avtomaşınla piyadalar - Əsgərova Urux Məcid qızı, Vəliyeva Vəfa Ramiz qızı və Vəliyeva Xatın Könül qızının vurulması nəticəsində  zərərçəkmiş şəxslər U.Əsgərova və V.Vəliyeva aldıqları bədən xəsarətlərindən hadisə yerində ölmüş, X.Vəliyeva isə xəstəxanaya aparılarkən yolda Təcili Tibbi Yardım maşınında ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törədilmiş və sürücü hadisə yerindən qaçmışdır.

     Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

    Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsinin 1982-ci il təvəllüdlü Gəncə şəhər sakini Bayramov Tural Məmməd oğlu tərəfindən onun idarə etdiyi "Mercedes Benz" 20-DB-396 dövlət qeydiyyat nişanlı avtomobillə törədildiyi müəyyən edilmiş və o,  oktyabrın 1-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.