Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-10-23
Meyitin qəbirdən çıxarılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 237-ci maddəsinə əsasən meyitin qəbirdən çıxarılması müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.

Ölmüş şəxsin yaxın qohumları və ya qanuni nümayəndələri meyitin qəbirdən çıxarılması istintaq hərəkətində iştirak edə bilərlər.

Cinayət-Prosessual qanunvericiliyində ölmüş şəxsin yaxın qohumları və ya qanuni nümayəndələrindən meyitin eksqumasiyası ilə bağlı razılıq alınmasına dair hər hansı bir müddəa nəzərdə tutulmamışdır.

Qeyd edilən cinayət işi üzrə mərhum eks-prezidentin meyitinin qəbirdən çıxarılması zərurəti yaranarsa həmin proses Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.