Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-11-22
Kütləvi informasiya vasitələrinin nəzərinə

     Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən kütləvi informasiya vasitələrində yayımlanmış, həmçinin onun nümayəndəsi tərəfindən istintaq-əməliyyat qrupuna təqdim edilmiş bütün audio və videoçəkilişlər qeyd edilən cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin audio və videoçəkilişlərdə əks olunan məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə istintaq-əməliyyat qrupu tərəfindən iş üzrə zəruri istintaq hərəkətləri, o cümlədən müvafiq ekspertizalar təyin edilmiş,  dindirmələr aparılmış və sair istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

     İş üzrə toplanmış sübutlara hüquqi qiymət verilməklə qanunamüvafiq qərarların qəbul edilməsi təmin olunacaq və istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

     Təəssüflə qeyd edilməlidir ki, həyata keçirilən istintaq hərəkətləri barədə məlumatların yayılmasının ibtidai araşdırmanın maraqlarına zidd olduğundan istintaq sirri təşkil edən həmin informasiyaların ictimailəşdirilməsinin yolverilməzliyi barədə kütləvi informasiya vasitələrinə xəbərdarlıqlar edilməsinə baxmayaraq, bəzi KİV-lər hələ də bundan lazımi nəticə çıxarmırlar.  

     Baş Prokurorluğun Mətbuat xidməti