Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-11-22
Baş Prokurorluğun nümayəndəsi ATƏT-in tədbirində iştirak etmişdir

     Noyabrın 15-16-da Avstriyanın Vyana şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin (DTİHO) təşkilatçılığı ilə "Nifrət zəminində törədilmiş cinayətlər" üzrə milli əlaqələndiricilərin illik iclası keçirilmişdir.

     Tədbirdə DTİHO-nun nifrət zəminində törədilmiş cinayətlərə qarşı mübarizə sahəsində fəaliyyətinə dair hesabatı dinlənilmiş, milli əlaqələndiricilərin rolu müzakirə edilmişdir. Xorvatiyanın bu sahədə qabaqcıl təcrübəsi həmin ölkənin İnsan Haqları və Milli Azlıqlar Komitəsinin direktoru Branko Soçanak tərəfindən təqdim edilmişdir.

     Beynəlxalq təşkilatların, dövlət nümayəndələrinin, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş növbəti iclasda nifrət zəminində törədilmiş cinayətlərlə mübarizə sahəsində təcrübə mübadiləsi aparılmış, gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

     Tədbirdə Azərbaycan Prokurorluğunu Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Erkin Əlixanov təmsil etmişdir.