Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-12-05
"Parabank" ASC-nin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilmişdir

     Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, "Parabank" ASC-nin Plastik kartlarla iş şöbəsinin müdiri Həsənova Könül Fərhad qızı həmin vəzifədə işləyərkən 2010-2012-ci illərdə bankda öz adına 2 hesab açdırmaqla balansına 500-1500 manat məbləğlərində vəsait mədaxil edib həmin pul vəsaitlərini mütəmadi olaraq götürmüşdür. Hər iş gününün sonunda pul vəsaitlərinin bankdan çıxarılması barədə "Azəricard" MMC tərəfindən informasiya "Parabank"a ötürülərkən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünün nəzarət sahəsinə aid olduğundan pulun öz hesabından silinməsinin qarşısını almışdır. Bununla da K.Həsənova qeyd edilən dövr ərzində öz hesabından deyil, bankın müvafiq hesablarından cəmi 313 min 588 manat məbləğində pul vəsaitini qanunsuz yolla ələ keçirərək bankın qanunla qorunan mənafeyinə mühüm zərər vurmuşdur.

     Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

     Hazırda iş üzrə istintaq davam etdirilir.