Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-12-05
Dövlət orqanlarının yüksək vəzifəli şəxslərinin adlarından sui-istifadə edən şəxslər barəsində cinayət işi başlanmışdır

     Biləsuvar rayon sakini Əliyev Səbuhi Bayram oğlu və qeyrilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar üzrə araşdırma aparılmışdır.

     Müəyyən edilmişdir ki, Səbuhi Əliyev özünü Türkiyə Respublikasının vətəndaşı "Əmrə Ünlü Miyaroğlu" kimi təqdim edərək qeyriləri ilə cinayət əlaqəsinə girib aldatma yolu ilə, yəni onlara guya təmir-tikinti sahəsində dövlət layihələrinin həvalə olunması adı ilə dövlət orqanlarının yüksək vəzifəli şəxslərinin adlarından sui-istifadə etməklə 2012-ci ilin iyul-sentyabr aylarında "Kapital" MMC-nin nümayəndəsi Ramiz Hüseynovdan "Azərsu" ASC-nin Xızı rayonunda tikilməsi planlaşdırılan su anbarının tikintisi üçün 14.0 min 200 manat pul almışdır.

     Bundan başqa onlar cinayət əməllərini davam etdirərək "Rifah-inşaat" MMC-nin rəhbəri Abbas Rüstəmovdan "Qızıl-Qaya" su anbarının tikintisi adı ilə 10.0 min, həmçinin Quba rayonunda 4 orta məktəbin tikintisi üçün isə daha 20.0 min manat pul alaraq külli miqdarda özgə əmlakını ələ keçirmişlər.

     Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.