Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-12-06
"Sumqayıt REŞ" MMC-də mənimsəmə faktı aşkar edilmişdir

     "Sumqayıt REŞ" MMC-nin mühəndisi Quliyev Məhəmməd İsmət oğlunun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, M.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Sumqayıt şəhərində fəaliyyət göstərən mağazanın icarədarından quraşdırılmış sayğaca baxış keçirməklə sərf edilmiş enerji məbləğini müəyyən edib xüsusi hesaba ödəyəcəyi adı ilə müxtəlif vaxtlarda və məbləğlərdə heç bir qəbz vermədən, həmçinin cəmiyyətin hesabına mədaxil etmədən 41.0 min manat məbləğində vəsaiti alaraq mənimsəmişdir. Bununla da o, cəmiyyətə külli miqdarda ziyan vurmuşdur.

     Fakta görə Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.