Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-12-08
Bələdiyyənin fəaliyyətində qanun pozuntuları aşkar edilmişdir

     Kürdəmir rayonu, Xəlsə bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2007-2009-cu illərdə 23,5 ha torpaq sahəsi bələdiyyə iclasının qərarı olmadan qanunsuz olaraq icarəyə verilmişdir. Bundan başqa bələdiyyə xəzinəsindən 4.766 manat məbləğində pul vəsaiti müvafiq sənədləşmə aparılmadan silinmişdir. Həmçinin qeyd edilən dövr ərzində "Anar" firmasından yanacaq-sürtgü materiallarının alınması barədə saxta sənədlər tərtib edilməklə bələdiyyə büdcəsindən 1.009 manat məbləğində vəsait qanunsuz olaraq məxaric edilmişdir.

     Fakta görə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.