Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-04-24
Özünü vəzifəli şəxs kimi təqdim edən vətəndaşın qanunsuz əməllər ifşa edilmişdir

Hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmini sahəsində korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalarla Yevlax rayon sakini Həsən Əliyevin özünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məsul əməkdaşı kimi təqdim edərək Ağdaş rayon sakininin övladını Penitensiar Xidmətin Şəki penitensiar müəssisəsinə işə qəbul etdirəcəyini vəd edərək 4 min 500 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.