Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-12-27
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbulla əlaqədar 31 may 2012-ci il tarixdə elan olunmuş müsabiqəyə yekun vurulmuşdur.

Müsabiqənin üçüncü mərhələsi olan müsahibəyə buraxılmış 51 namizədin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərinin yoxlanılması  nəticəsində 47 gənc hüquqşünas "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları" ilə müəyyənləşdirilmiş keçid balını toplamışdır.

2002-ci ildən başlamaqla mütəmadi olaraq keçirilən və sayca 11-ci olan bu müsabiqənin nəticələrinə görə gənc hüquqşünasların prokurorluq orqanlarında qulluğa qəbul olunması respublikamızda  reallaşdırılan dövlət gənclər siyasətinin, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində uğurla həyata keçirilən mühüm tədbirlərdən biri olmuşdur. Builki nəticələr də nəzərə alınmaqla tam şəffaf  prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində prokurorluq orqanlarında qulluğa qəbul edilən 546 gənc hüquqşünas hazırda Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 52 faizini təşkil edir. Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul edilmiş gənclər səmərəli fəaliyyət göstərməklə, onların bir çoxu rəhbər və yuxarı təsnifatlar üzrə müvafiq vəzifələrə irəli çəkilmişlər.

Prokurorluq orqanlarında qulluğa qəbul olunmaq üçün namizədlər 8 yanvar 2013-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.genprosecutor.gov.az,www.prokurorluq.gov.az) və "Qəbul otağı"nda yerləşdirilmişdir.

 

 

 Prokurorluğa işə qəbulla bağlı elan olunmuş müsabiqənin müsahibə mərhələsində müvəffəqiyyət qazanmış namizədlərin 

S i y a h ı s ı

 

Namizədin soyadı,adı,atasının adı

1. 

Abbasov Elvin Əliqulu oğlu

2.  

Abbasov Hilal Mehti oğlu

3.  

Abdullayev İlkin Qismət oğlu

4.  

Ağarəhimov Pərvin Mübariz oğlu

5.  

Babayev Xanlar Çingiz oğlu

6.  

Bayramov Yasin Rasim oğlu

7.  

Cabbarov İsgəndər Məmməd oğlu

8.  

Cəbrayılov Elşad Vaqif oğlu

9.  

Dadaşov Fərid Zəmani oğlu

10.                      

Əfəndiyev Zaur Abdulməcidoviç

11.

Əhmədova Aytəkin Teymur qızı

12.                      

Ələkbərov Anar Akif oğlu

13.                      

Əliyev Namiq Qadir oğlu

14.                      

Firəliyev Vidadi Vaqif oğlu

15.                      

Hacıqayıbov Amirxan Nadir oğlu

16.                      

Hacıyev Orxan Sərvan oğlu

17.                     

Hacıyev Ziya Əli oğlu

18.                      

Həsənov Kamran Asəf oğlu

19.                      

Həsənova Təhminə Hüseyn qızı

20.                      

Hüseynov Elvin Hüseyn oğlu

21.                      

İlyasbəyli Abbas Bəhmən oğlu

22.                      

İsgəndərov Əsgər Akif oğlu

23.                      

Kələntərov Şahəddin Əhməd oğlu

24.                      

Kərimov Qibləli Ağa oğlu

25.                      

Qarayev Teymur Fəxrəddin oğlu

26.                      

Qasımov Rəfael Əvəz oğlu

27.                      

Qasımov Rüstəm Sabir oğlu

28.                      

Qazıyev Fərid Aruz oğlu

29.                      

Quliyev Faiq Çingiz oğlu

30.                      

Mahmudov İlkin Xalid oğlu

31.                      

Mansurov Kərəm İsa oğlu

32.                      

Məhərrəmov Kənan Adil oğlu

33.                      

Məhərrəmov Tural Əbülfət oğlu

34.                     

Məhərrəmov Vüqar Sarvan oğlu

35.                      

Məmmədov Anar Azad oğlu

36.                      

Məmmədov Fariz Rais oğlu

37.                      

Məmmədov Xaliq Musa oğlu

38.                      

Məmmədov Məmməd Arif oğlu

39.                      

Məmmədov Tural Şahin oğlu

40.                      

Məmmədov Vasif Qulu oğlu

41.                      

Nəcəfov Samir Vəliyəddin oğlu

42.                      

Rəhimov Müşfiq Rəhim oğlu

43.                     

Rüstəmov Elnur Rəşid oğlu

44.                      

Sadıqov Elçin Natiq oğlu

45.                      

Səfərov Əli Məmməd oğlu

46.                      

Səmədov Orxan Emin oğlu

47.                     

Vəliyev Füzuli Aqil oğlu