Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-04-19
Türkiyə Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə tanış olmuşlar

Ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin rəhbərlik etdiyi tərkibinə Ali Məhkəmənin Baş prokuroru Mehmet Akarca və digər məsul əməkdaşların daxil olduğu nümayəndə heyəti aprelin 19-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olmuşdur.

Baş prokuror Zakir Qaralov qonaqları salamlayaraq Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional, cinayət təqibi və qabaqlayıcı tədbirlər barədə, habelə Baş İdarənin strukturu və fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat vermişdir.

Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının vacibliyini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim böyük önəm verildiyini diqqətə çatdıran Baş prokuror, korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədi ilə iki ölkə prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi qeyd etmişdir.


Sonra qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında müxtəlif səviyyəli konfransların və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş iclas zalları, normativ-hüquqi aktlarla zəngin və digər dövlət orqanlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, kriminalistika otağı, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi, vətəndaşların qəbulu otağı ilə yaxından tanış olmuşlar.

Baş İdarədə yaradılmış yüksək iş şəraitindən məmnunluğunu ifadə edən İsmail Rüştü Cirit ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş naliyyətləri yüksək qiymətləndirmişdir.

Görüş zamanı qonaqlara korrupsiya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq qurumlar, habelə digər ölkələrin müvafiq qurumları ilə yaradılmış işgüzar münasibətlər barədə məlumat verilmiş, görülmüş işlər böyük marağa səbəb olduğundan gələcəkdə əməkdaşlığın daha sıx aparılmasına dair fikir mübadiləsi aparılmışdır.

Qonaqlara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirlər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilmişdir.