Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-03-31
Bankın vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilmişdir

“Muğanbank” ASC-nin Kredit Departamentinin müdirinin qanunsuz əməlləri barədə Bakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Araşdırma zamanı “Muğanbank” ASC-nin Kredit Departamentinin müdiri  Samir İsmayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşın razılığı olmadan saxta etibarnamə əsasında ona məxsus mənzili qanunsuz olaraq qeyd olunan bankın xeyrinə ipoteka ilə yüklü etməklə vəzifə saxtakarlığı etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.