Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-02-16
Vətəndaşın “qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında cinayət işi başlanmışdır
Hacıqabul rayon sakininin saxta sənədlər əsasında ona mənzil satılması barədə “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
 
Araşdırma zamanı Bakı şəhərində əmlak alqı-satqısı ilə məşğul olan Samir Rzayevin “Günəş Holdinq” MMC-yə məxsus mənzili özününkü kimi təqdim edərək dələduzluq yolu ilə saxta müqavilə və arayışlar əsasında Hacıqabul rayon sakininin adına rəsmiləşdirəcəyini vəd edərək 145 min manat məbləğində pulunu və 120 min manat dəyərində evini ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanmışdır.
 
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.