Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2016-01-15
Baş Prokurorluqda korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilmişdir

Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev görülmüş işlər barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun mükəmməl konseptual əsaslarla davam etdirilməsi nəticəsində ötən dövrlərdə olduğu kimi 2015-ci ildə də bütün sahələrdə mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının  yüksəldilməsi, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin inkişafı, korrupsiya və rüşvətxorluğaqarşı kəsərli mübarizə tədbirləri inamla həyata keçirilməkdədir.

Ötən dövr ərzində dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter almış, mütərəqqi institusional tədbirlər həyata keçirilmişdir.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi, işçi heyətin yeni kadrlarla komplektləşdirilməsi məqsədi ilə müxtəlif vəzifələrə 45 kadr təyinatı aparılmışdır.

2015-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsində 460 cinayət işinin ibtidai istintaqı aparılmiş, bunlardan 145 cinayət işi Baş İdarə rəisi tərəfindən başlanmış, 90 cinayət işi digər işlərdən ayrılmış, 62 cinayət işinin icraatı təzələnmiş, 47 cinayət işi Baş Prokurorluq vasitəsi ilə aidiyyəti orqanlardan daxil olmaqla icraata qəbul edilmiş, 116 cinayət işi isə 2014-cü ildən qalıq qalmışdır. 

Həmin cinayət işləri əsasən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma, rüşvət vermə, nüfuz alveri, saxta sənədlərdən istifadə etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, cinayət  yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və digər faktlarla əlaqədar olmuşdur.

Hesabat dövründə 301 şəxs barəsində 207 cinayət işinin istintaqı tamamlanaraq, onlardan 295 şəxs barəsində 200 cinayət işi  baxılması üçün məhkəmələrə göndərilmişdir.

İstintaqı tamamlanmış cinayət işlərindən ümumilikdə 206 şəxs barəsində 119 iş Ağır Cinayətlər Məhkəmələrinə, 89 şəxs barəsində 81 iş isə yerli rayon (şəhər) məhkəmələrinə göndərilmişdir.

2015-ci il ərzində məhkəmələrə göndərilmiş 200 cinayət işindən 107 şəxs barəsində 73 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 64 şəxs barəsində 52 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 41 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə, 34 şəxs barəsində 14 iş rüşvət alma, 13 şəxs barəsində 9 iş rüşvət vermə, 1 şəxs barəsində 1 iş nüfuz alveri, 12 şəxs barəsində 12 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 9 şəxs barəsində 6 iş vəzifə saxtakarlığı, 3 şəxs barəsində 2 iş hədə-qorxu ilə tələb etmə, 1 şəxs barəsində 1 iş qanunsuz sahibkarlıq, 2 şəxs barəsində 1 iş cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və 1 şəxs barəsində 1 iş isə digər faktla əlaqədar olmuşdur.

  İstintaqı başa çatdırılmış işlər üzrə cinayətintörədilməsinə şəraityaradanhallarınaradanqaldırılması məqsədiiləaidiyyətimüəssisə və təşkilatlara 49 təqdimatverilmiş, həmintəqdimatlara əsasənbirsıraəməkdaşlarintizamqaydasındacəzalandırılmış, aşkaredilmiş qanunpozuntularınınaradanqaldırılması üçünzəruritədbirləringörülməsitəminedilmişdir.

2015-ci il ərzində məhkəmələrə göndərilmiş 200 cinayət işindən 165 iş maddi ziyanla əlaqədar olmuşdur.

 Həmin işlər üzrə vurulmuş 143 milyon  883 min manat ziyandan istintaq zamanı 36 milyon 101 min  manat və ya  25,1 % ödənilmişdir.

 Belə ki, dövlət mülkiyyətinə vurulmuş 27 milyon 561 min manat ziyandan ibtidai araşdırma mərhələsində 4 milyon 805 min manat və ya 17,5 %, xüsusi mülkiyyətə vurulmuş 116 milyon 313 min  manat ziyandan ibtidai araşdırma mərhələsində 31 milyon 296 min manat və ya 27,0 %, bələdiyyə mülkiyyətinə dəymiş 9 min 811 manat ziyandan ibtidai araşdırma mərhələsində 900 manat və ya 9,2 % ödənilməsi təmin edilmişdir.

Əməliyyat qurumları tərəfindən 31 şəxs barəsində 27 cinayət işi başlanmışdır. Keçirilmiş 14-ü əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 16 vəzifəli şəxs cinayət başında yaxalanmış, araşdırmalar nəticələrinə isə 15 şəxs barəsində 13 cinayət işi başlanmışdır.

Hesabat dövründə Baş İdarədə 190 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılmış, 138 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 51 material üzrə isə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, 1  material isə aidiyyəti üzrə göndərilmişdir.

Bunlardan 23-ü rüşvət, 35-i vəzifədən sui-istifadə,  66-ı dələduzluq, 32-i mənimsəmə, 12-i saxta sənəddən istifadə, 4-ü saxta müflisləşmə, 4-ü qanunsuz sahibkarlıq,  14-ü isə digərləri ilə əlaqədar olmuşdur.

Aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və qeyd olunan qanun pozuntularına şərait yaradan halların gələcəkdə bir daha təkrar törədilməməsi üçün  müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 22 təqdimat göndərilmişdir.

Ümumilikdə 2015-ci il ərzində Baş İdarədə müraciətlərə baxılması nəticəsində 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilmişdir.

İntizam məsuliyyətinə cəlb edilmiş 169 vəzifəli şəxsdən Səhiyyə Nazirliyi  üzrə 42, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 28, Təhsil Nazirliyi üzrə 13,  Daxili İşlər Nazirliyi üzrə 48, Müdafiə Nazirliyi üzrə 1, Fövqəladə Hallar Nazirliyi üzrə 1, Gömrük Komitəsi üzrə 1 və digər dövlət qurumları üzrə 35 olmuşdur.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 7266 müraciət daxil olmuş, bunlardan 5820-si ilkin, 1446-sı təkrar olmuşdur.

Daxil olmuş  7266 müraciətin 5954-ü aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə 2100 müraciət üzrə qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilmiş,  449-ü Baş İdarədə, 833-ü isə prokurorluğun müvafiq struktur qurumlarında araşdırılmışdır.

2015-ci  il ərzində “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 30 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmışdır.

Baş İdarədə 2614 vətəndaşın qəbul edilməsi təmin edilmişdir ki,  bunlardan 422-i Baş İdarə rəisi, 171-i Baş İdarənin idarə və şöbə rəisləri, 2021-i növbətçi prokurorlar tərəfindən qəbul edilmişdir. 

Qeyd olunmuşdur ki, istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı 29 dekabr 2015-ci il tarixdə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və Dövlət Xidməti ilə birgə təsdiq edilmiş tədbirlər planının icrası ilə əlaqədar Baş İdarə tərəfindən zəruri qabaqlayıvı və inzibati, o cümlədən cinayət təqibi tədbirləri ardıcıl olaraq davam etdirilir.

Belə ki, tədbirlər planının icrası ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə un, çörək, yumurta və sair kimi istehlak məhsullarının, habelə dərman vasitələrinin qiymətlərini süni şəkildə artırılması, mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 6 cinayət işi başlanılmış, 7 nəfər şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Həmçinin hesabat dövrü ərzində ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla, habelə müxtəlif ölkələrin antikorrupsiya orqanları ilə qarşılıqlı əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə böyük önəm verilmişdir.

Belə ki, Baş İdarə Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan dövlətlər qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA) kimi nüfuzlu beynəlxalq təşkilatlarla, habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı və bir sıra digər beynəlxalq təşəbbüslər çərçivəsində səmərəli qarşılıqlı əməkdaşlıq həyata keçirmişdir. 2015-ci il ərzində Baş prokuror Zakir Qaralovun Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) kimi nüfuzlu beynəlxalq qurumun ali idarəetmə orqanına - Assambleyasına sədrlik etməsi, habelə qarşılıqlı əlaqələrin uğurla inkişaf etdirilməsinin məntiqi nəticəsi kimi Milli Məclisin deputatı Vüsal Hüseynov 6 il müddətinə adıçəkilən təşkilatın İdarə Heyətinə üzv seçilmişdir.

Bundan başqa, hesabat dövrü ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunun, o cümlədən Baş İdarənin Korrupsiyaya qarşı Avropa Tərəfdaşları (EPAC) şəbəkəsinə üzv qəbul olunması, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) yeni yaradılmış anti-korrupsiya veb-saytının aparılmasının Azərbaycan Respublikası Prokurorluğuna həvalə olunması, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının “Korrupsiyanın prevensiyası və əmlakin bərpası” mövzusunda 6-cı sessiyası zamanı Azərbaycanın müəllifi olduğu “Qabaqcıl təcrübələrin və texnoloji innovasiyaların tətbiqi vasitəsilə şəffaf, məsuliyyətli və səmərəli ictimai xidmətlərin göstərilməsinin təşviq edilməsi ilə korrupsiyanın qarşısının alınması” adlı qətnamənin qəbul olunması, beynəlxalq səviyyədə ölkəmizə, o cümlədən ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi kompleks, ardıcıl və sistemli tədbirlərə verilən yüksək qiymətin təcəssümü kimi qiymətləndirilməlidir.

Həmçinin qeyd olunmuşdur ki, cari ilin fevralında Malayziyanın Antikorrupsiya Komissiyası ilə Baş İdarə arasında imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa vermiş olduğu əhəmiyyətin göstəricisidir.

Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqan olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə Komissiyası və digər əlaqəli dövlət orqanları ilə birgə bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən etimada layiq, ən yüksək tələblər səviyyəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə strategiyasını eyni intensivliklə və daha da səmərəli şəkildə davam etdirəcək, ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində bütün neqativ hallara qarşı qətiyyətli tədbirlərin görülməsini təmin edəcəkdir.