Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-07-31
Quba rayonunda baş vermiş intiharla bağlı cinayət işi başlanmışdır

30 iyul 2013-cü il tarixdə saat 09:10 radələrində Quba rayonunun Mucu kənd orta məktəbinin direktoru Əliağa Eyvazovun məktəbin kitabxanasında asılmış vəziyyətdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Meyitin xarici müayinəsi zamanı onun boyun nahiyəsində asılmaya xarakterik olan stranqulyasiya şırımından başqa digər xəsarətlər aşkar olunmamışdır.

Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, məhkəmə-tibbi ekspertiza təyin edilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.