Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-08-16
Abşeron rayonunda törədilmiş qətlin üstü isti izlərlə açılmışdır

Respublikanın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin isti izlərlə açılması təmin edilmişdir. 

Belə ki, xəbər verildiyi kimi, avqustun 14-də saat 13 radələrində Abşeron rayonunun Hökməli qəsəbə sakini Elmira Dadaşovanın yaşadığı Ə.Vahid küçəsi, 33 saylı evdə kəsici-deşici alətlə yetirilməyə xarakterik çoxsaylı xəsarətlərlə meyiti aşkar edilmişdir. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, cinayətin açılması üçün təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 

Rayonun hüquq mühafizə orqanlarının birgə gördükləri tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş bu ağır cinayətin isti izlərlə açılması təmin edilmişdir. 

Cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Abşeron rayonu, Hökməli qəsəbə sakini, 1982-ci il təvəllüdlü Abbasov Əlaqif Arif oğlu saxlanılmışdır. O, törətdiyi cinayət əməlini etiraf edərək cinayətin aləti olan bıçağı istintaqa təqdim etmişdir. 

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.