Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-08-30
"İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı presedent təcrübəsi" mövzusunda seminar keçirilmişdir

Avqustun 29-30-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı presedent təcrübəsi" mövzusunda seminar keçirilmişdir.

Tədbirə Baş Prokurorluğun müvafiq idarə və tabe rayon (şəhər) prokurorluqlarının mətbuata məsul əməkdaşları çağırılmışlar.

Seminarda məruzə ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov çıxış etmişdir.

Məruzədə rəsmi dövlət orqanlarının, onların təmsilçiləri tərəfindən cinayətkarlıqla mübarizənin müxtəlif aspektlərinə dair məlumatların kütləvi informasiya vasitələrinə ötürülməsi zamanı cinayət təqibinə məruz qalan şəxslərin hüquqlarının, xüsusən də təqsirsizlik prezumpsiyası hüququnun təmin edilməsi üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsinin prinsipləri və onların milli məhkəmə-istintaq təcrübəsində nəzərə alınması metodikası barədə geniş bilgilər verilmiş, müxtəlif situasiyalarda təqsirsizlik prezumpsiyasının tələblərinə əməl olunması şərtlərinə dair nümunələr göstərilmiş, milli və beynəlxalq yanaşmaların özəllikləri ətrafında müzakirələr aparılmışdır. Sonda dinləyiciləri maraqlandıran suallara cavab verilmişdir.