Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-09-16
Bakı şəhər prokurorluğunun məlumatı

10 sentyabr 2013-cü il tarixdə saat 01:30 radələrində Buzovna qəsəbə sakini, 1997-ci il təvəllüdlü Nəciməddin Əsgərovun yaşadığı evin qarşısında üstünə benzin tökülərək yandırılması və aldığı yanıq xəsarətləri ilə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır. 

Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayətin törədilməsində şübhəli bilinən N.Əsgərovun atası Aydın Mehdiyev tutularaq istintaqa cəlb edilmişdir. 

A.Mehdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 

Sentyabrın 14-də N.Əsgərov xəstəxanada vəfat etdiyindən həmin iş Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilərək istintaqın davam etdirilməsi Xəzər rayon prokurorluğuna həvalə edilmişdir. 

Hazırda iş üzrə istintaq davam etdirilir.