Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-09-16
Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir

Dekabank” KB ASC-nin Nəsimi filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır. 

Cəmiyyətin Nəsimi rayon filialının müdiri Nəsrulla Mikayılov, iqtisatçı Pərviz Mikayılov və aparıcı mühasib Şəfəq Salmanovanın qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, bank tərəfindən verilmiş kredit məbləğləri ilə həmin kreditin təminatı kimi müştərilərdən qəbul edilmiş qızıl-zinət əşyalarının öz dəyərindən dəfələrlə artıq göstərməklə ümumilikdə bankın mənafeyinə 65 min 600 manat məbləğində ziyan vurmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifədən səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır. 

Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam etdirilir.