Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-05-07
Baş prokuror vətəndaşları on-line rejimində qəbul edəcəkdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tapşırıq və tövsiyələrinə  uyğun  olaraq prokurorluq orqanlarında vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət göstərilməklə əhalinin müraciətlərinə qayğı ilə yanaşılması, ərizə və şikayətlərə tam, hərtərəfli və obyektiv baxılması işinin daha da təkmilləşdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi davam etdirilir.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov mayın 15-də saat 10:00-da canlı bağlantı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların Quba rayon prokurorluğunun inzibati binasında video konfrans rejimində qəbulunu keçirəcəkdir.

Qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar  mayın 14-dək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yalnız prokurorluq orqanlarının səlahiyyətlərinə aid məsələlərlə əlaqədar yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.