Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-09-23
Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak etmişdir

11-18 sentyabr 2013-cü il tarixlərdə Sinqapur Respublikasında Sinqapur Əməkdaşlıq Proqramının Təlim Təqaüdü (SCPTA) tərəfindən “Sinqapurun anti-korrupsiya Strategiyası” adlı təlim kursu keçirilmişdir. 

Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Meksika Birləşmiş Ştatları, Serbiya, Gürcüstan, Moldova, Mərakeş Krallığı və digər ölkələrin nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Respublikasını Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə rəisi Rövşən Əliyev təmsil etmişdir. 

Tədbirdə Sinqapurun bir çox sahələrini əhatən edən korrupsiyaya qarşı mübarizə təcrübəsi öyrənilmiş, dövlət və özəl sektorlarda korrupsiyanın qarşısının alınması, həmçinin dövlət vəsaitlərinin idarə olunması və ayrılması zamanı şəffaflığın təmini və digər məsələlər müzakirə edilərək səmərəli fikir mübadiləsi aparılmışdır. 

Sonda Sinqapur Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir