Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-09-30
Paytaxtın Yasamal və Sabunçu rayon prokurorluqlarının yeni inşa olunmuş inzibati binalarının açılışı olmuşdur

Sentyabrın 30-da paytaxtın Yasamal və Sabunçu rayon prokurorluqlarının yeni inşa olunmuş inzibati binalarının açılışı olmuşdur.

Yasamal rayon prokuroluğunun yeni inzabati binasının açılışında iştirak edən Baş prokurorun 1-ci müavini Rüstəm Usubova məlumat verildi ki, bina 3 mərtəbəli orijinal layihə əsasında inşa olunmuş, binanın foyesində ulu öndər Heydər Əliyevin və dövlətimizin prokurorluq orqanlarına qayğısını əks etdirən fotogüşə yaradılmış, bütün otaqlar kompüter və digər zəruri texniki avadanlıqlarla təchiz edilmişdir.

Tədbirdə R.Usubov prokurorluq orqanlarının yaradılmasının 95 illik yubileyi münasibəti ilə rayon prokurorluğunun əməkdaşlarını təbrik edərək, müstəqillik dövründə Prokurorluq orqanlarının ulu öndər Heydər Əliyevin daimi diqqət mərkəzində olduğunu xatrılatdı və ölkədə sosial-iqtisadi inkişafın geniş vüsət aldığını, binanın istifadəyə verilməsini respublikamızda prokurorluq orqanlarının rolunun artırılmasında böyük əhəmiyyəti olan “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın tərkib hissəsi olduğunu diqqətə çatdırdı.

Bakı şəhər prokuroru Əziz Seyidov həyata keçirilən hərtərəfli quruculuq abadlıq işlərinin prokurorluq orqanlarının inşa edilərək istifadəyə verilmiş yeni inzibati binalarının simasında da özünü göstərdiyini xüsusi qeyd etdi.

Rayon İcra hakimiyyətinin başcısı İbrahim Mehdiyev və Yasamal rayon prokuroru Həsrət Pirməmmədov ölkədə aparılan uğurlu islahatlardan və reallaşdırılan layihələrdən danışdılar.

Paytaxtın Sabunçu rayon prokurorluğunun da yeni inşa olunan inzabati binasının açılış mərasimi olmuşdur.

Baş prokurorun müavini Namiq Əsgərov, Bakı şəhər prokurorluğu və rayonun rəhbərliyi yeni inzibati binada əməkdaşlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

Tədbirdə N.Əsgərov 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə rayon prokurorluğunun kollektivini təbrik edərək bildirdi ki, Azərbaycan Prokurorluğunun demokratik  məzmunda tamamilə yenidən formalaşması, mili maraqlarımıza xidmət edən  bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti  və onun gündəlik  qayğısı nəticəsində mümkün olmuşdur. Ölkəmizdə reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun yerini tutmuşdur. Xüsusi vurğulandı ki, son illər Baş Prokurorluqda hərtərəfli və bütün sahələri əhatə edən uğurlu islahatlar aparılmış və prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı prokurorluq orqanlarının yeniləşməsi və işinin təkmilləşməsi yolunda mühüm əhəmiyyət kəsb etməklə prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına, müasir binaların inşasına təkan vermişdir.

Bakı şəhər prokuroru Əziz Seyidov rayon prokurorluğunun inzibati binasının müasir standartlar səviyyəsində inşa edilərəkbütün otaqların kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilməklə istifadəyə verilməsini dövlət tərəfindən bu sahədə çalışan insanlara göstərilən diqqət və qayğı kimi qiymətləndirmişdir.

Rayon İcra Hakimiyyətinin başcısı Adil Vəliyev və Sabunçu rayon prokuroru Ceyhun Şirinov prokurorluğun əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirdilər.

Tədbirlərdə prokurorluq əməkdaşları dövlətin onlara göstərdiyi yüksək etimadı doğruldacaqlarına, qarşıya qoyulan vəzifələri bundan sonra da  əzmlə yerinə yetirəcəklərinə inam ifadə etdilər.