Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-10-03
Kütləvi informaiya vasitələrinin nəzərinə!

Oktyabrın 3-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasında vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin  nümayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransı zamanı bəzi kütləvi informasiya vasitələri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev tərəfindən korrupsiyaya daha çox uğramış sahələr arasında guya vergilər nazirliyinin qeyd olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır.

Həmin informasiyalar tərəfimizdən təkzib olunur və bununla bağlı bildiririk ki, mətbuat konfransı zamanı vergilər nazirliyinin daha çox korrupsiyaya uğramış sahə kimi qeyd olunması barədə idarə rəisi K.Əliyev tərəfindən hər hansı ifadə işlədilməmişdir. 

Göstərilənlərlə yanaşı bildiririk ki, bütün fəaliyyətini avtomatlaşdırılmış sistemlər üzərində quran Vergilər Nazirliyinin strukturları sahibkarlara 57 növ elektron xidmət göstərməklə antikorrupsiya sahəsində Prokurorluq orqanları ilə ən sıx əməkdaşlıq edən qurumdur və 30 aprel 2009-cu il tarixdə Baş Prokurorluqla Vergilər Nazirliyi arasında “Korrupsiya ilə mübarizə sahəsində prokurorluq və vergi orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında” birgə əmr imzalanmış və bu istiqamətdə birgə səmərəli əməkdaşlıq davam etdirilir. Bundan başqa, 2013-cü ilin 9 ayı ərzində Vergilər Nazirliyinin əməkdaşlarının korrupsiya huquqpozmalarına yol vermələri barədə “161-Qaynar xətt” əlaqə mərkəzinə heç bir məlumat daxil olmamışdır.

 

Eldar Sultanov

Baş Prokurorluğun
Mətbuat xidmətinin rəhbəri