Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-10-05
Qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılmışdır

Sumqayıt şəhər prokurorluğu və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılmışdır.

Sentyabrın  25-də Sumqayıt  şəhəri, 14-cü məhəllə, ev 12/21, mənzil 51-də üzərində zorakılıq əlamətləri olan  naməlum qadın meyitinin aşkar edilməsi barədə Sumqayıt şəhər Polis İdarəsindən şəhər prokurorluğuna  daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Həmin fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə məhkəmə-tibb, məhkəmə daktiloskopik ekspertizaları təyin edilmişdir.

Aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun Siyəzən rayonunda anadan olmuş, 1968-ci il təvəllüdlü Nəcəfova Arzu Mehbalı qızı olduğu müəyyənləşdirilmişdir.

Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Eldəniz Hacıyevin, sentyabrın 18-də Arzu Nəcəfova ilə sonuncunun Sumqayıt  şəhərində yaşadığı mənzildə görüşərkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı özündə olan bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsində şübhələr üçün əsaslar olduğundan şəhər prokurorluğu və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 4-də cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.