Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-07-05
Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak etmişdir

İyunun 27-28-də Varşava şəhərində Avropa İttifaqı Şərq Tərəfdaşlığının Demokratiya, yaxşı idarəçilik və sabitlik adlı 1-ci çoxtərəfli platformasının ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə paneli çərçivəsində Avropa Komissiyası və Polşanın Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “İkidilli formalar vasitəsilə mülki və cinayət işlərində hüquqi yardım” mövzusunda seminar keçirilmişdir. 

Tədbirdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova) Ədliyyə nazirlikləri və Baş Prokurorluqlarının nümayəndələri ilə yanaşı Çexiya, Litva, Macarıstan və Polşanın hüquq mühafizə orqanlarının rəhbər əməkdaşları iştirak etmişlər. 

Seminarda ekstradisiya və cinayət işləri üzrə beynəlxalq hüquqi yardımın göstərilməsində ikidilli formaların tətbiqi, bu sahədə Polşa Respublikasının təcrübəsi və yuxarıda qeyd olunan ölkələr arasında mövcud problemlər müzakirə olunmuşdur. 

Tədbirdə Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini, Ekstradisiya və hüquqi yardım şöbəsinin rəisi Erkin Əlixanov çıxış edərək, ölkəmizdə ekstradisiya və beynəlxalq hüquqi yardımın göstərilməsi sahəsində qəbul edilmiş beynəlxalq və milli qanunvericilik, eyni zamanda tətbiq olunan təcrübə barədə iştirakçılara ətraflı məlumat vermişdir.