Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-07-05
Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirlərdə iştirak etmişdir

    İyunun 12-14-də Fransanın Strasburq şəhərində Avropa Şurasının "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə və müsadirəsinə, o cümlədən terrorçuluğun maliyyələşdirilməsinə dair" Konvensiyasının (Varşava Konvensiyası) Tərəflər Konfransının 5-ci iclası və  iyunun 17-də Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığının "Demokratiya, yaxşı idarəçilik və sabitlik" adlı 1-ci çoxtərəfli platforması çərçivəsində fəaliyyət göstərən Ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə Panelin növbəti iclası keçirilmişdir.

    Adıçəkilən tədbirlərdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokuroru Rəşid Mahmudov təmsil etmişdir.

    Tədbirlərdə çıxış edən R.Mahmudov iştirakçılara son illər Azərbaycan Respublikasında Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq aparılan hərtərəfli islahatlar, korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş uğurlar, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti və həyata keçirilmiş digər tədbirlər barədə ətraflı məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışdır.