Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-05-15
Baş prokuror vətəndaşları on-line rejimində qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsi dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.

Mayın 15-də Baş prokuror Zakir Qaralov Baş Prokurorluğun inzibati binasında Quba rayon prokurorluğu ilə canlı bağlantı vasitəsilə Quba, Qusar və Xaçmaz rayon sakinlərinin müvafiq tabe rayon prokurorlarının iştirakı ilə qəbulunu keçirmişdir.

Baş Prokurorluğun məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda 20-yə yaxın vətəndaşın şikayəti dinlənilmişdir. Müraciətlərdə qaldırılan məsələlər nəzarətə götürülməklə, həmin şikayətlər üzrə qəbul olunmuş qərarların qanuniliyinin yoxlanılması, bu məqsədlə yoxlama materialları və cinayət işlərinin Baş Prokurorluqda öyrənilməsi, habelə bəzi şikayətlərin müraciət müəlliflərinin iştirakı ilə müzakirə edilərək qanunauyğun və operativ şəkildə həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə və tabe rayon prokurorlarına konkret göstərişlər verilmişdir.