Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-06-28
Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası ilə əməkdaşlıq genişlənir

İyunun 22-24-də Çin Xalq Respublikasının Cinan şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) “Texniki yardım və məlumat mübadiləsi” mövzusunda 5-ci seminarı keçirilmişdir. 
Dünyanın 70-dən çox ölkəsinin nümayəndələrinin, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC), Beynəlxalq Prokurorlar Assosiasiyasının, həmçinin ədliyyə, məhkəmə, prokurorluq orqanları rəhbərlərinin və digər beynəlxalq təşkilatların əməkdaşlarının iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev və Daxili təhlükəsizlik xidmətinin rəisi Elşən Abbasov təmsil etmişlər.