Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-06-20
Özgə əmlakının mənimsənilməsi faktı üzrə cinayət işi başlanmışdır

"Kazbeqi Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus əmlakın mənimsənilməsi faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Müəyyən edilmişdir ki, MMC-də 2012-ci ilin yanvar-iyun aylarında sürücü-ekspeditor vəzifəsində işləmiş Tural Əfəndiyev və başqaları onlara etibar edilmiş malların satışından əldə olunmuş pul vəsaitinin bir hissəsini müəssisənin kassasına mədaxil etməyərək mənimsəmiş, bununla da cəmiyyətə ümumilikdə 66 min 600 manat məbləğində ziyan vurmuşlar.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.