Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-06-20
"Rəvan Sığorta" ASC-nin baş mühasibi barəsində cinayət işi başlanmışdır

Baş prokuror yanında Korrupsiyaya qarşı  mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla Bakı şəhərində fəaliyyət göstərən "Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətində çatışmazlıqlar aşkar olunmuşdur.

Müəyyən edilmişdir ki, 2011-2013-cü illərdə cəmiyyətdə mühasib və baş mühasib vəzifələrində işləyərkən Nazim Zeynalov sığorta xidmətlərindən nağd şəkildə daxil olmuş 224 min 800 manat  məbləğində pul vəsaitini kassaya mədaxil etməyərək mənimsəmiş və bununla da cəmiyyətə külli miqdarda ziyan vurmuşdur.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanmışdır.

 

Hazırda iş üzrə istintaq davam etdirilir.