Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-06-19
"Törnist Konstrakşn" MMC-nin direktorunun qanunsuz əməlləri ifşa edilmişdir
Baş prokuror yanında Korrupsiyaya qarşı  mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla "Törnist Konstrakşn" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Ceyhun Quliyevin cəmiyyətə məxsus külli miqdarda pul vəsaitini mənimsəməsi faktları aşkar olunmuşdur.

Müəyyən edilmişdir ki, C.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif banklardan, habelə cəmiyyətin hesablaşma hesablarından nağd şəkildə çıxarılmış 419.0 min manat məbləğində pul vəsaitini müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəmiş və bununla cəmiyyətə külli miqdarda ziyan vurmuşdur.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.