Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-05-17
Baş Prokurorluqda mülki müdafiə üzrə tədbir keçirilmişdir

Mayın 17-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş Baş Prokurorluğun 2013-cü il üçün mülki müdafiə üzrə tədbirlər planına müvafiq olaraq Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsi və FHN-in Mülki müdafiə idarəsinin təşkilatçılığı ilə mülki müdafiə üzrə məşğələ keçirilmişdir. 

Tədbirin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı Baş Prokurorluğun rəhbər heyətinin funksional vəzifələrinin öyrənilməsi, mülki müdafiə planlarının dəqiqləşdirilməsi, əməkdaşların təhlükəsizliyini təmin edən tədbirlərin həyata keçirilməsi üzrə hazırlıq səviyyəsinin yüksəldilməsi, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkilində praktiki vərdişlərin artırılması olmuşdur. 

Tədbirdə Baş Prokurorluğun Müraciətlərə baxılıması idarəsinin rəisi Anar Məmmədov çıxış edərək mülki müdafiənin təşkili məsələlərinin əhəmiyyətini vurğulayaraq, prokurorluq orqanlarında bu istiqamətdə ardıcıl həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. FHN-in Mülki müdafiə idarəsinin rəisi Vüsal Tahirov və nazirliyin digər əməkdaşları mövzu ilə bağlı çıxış etmişlər. Məşğələdə FHN-in Mülki müdafiə idarəsi əməkdaşlarının keçirdikləri qəza-xilasetmə təlimlərinin gedişini əks etdirən sənədli film nümayiş etdirilmiş, məşğələ iştirakçılarının sualları idarənin məsul əməkdaşları tərəfindən cavablandırılmış, bu sahədə görülən işlər barədə ətraflı məlumat verilmişdir.