Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-05-15
Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsindən

Prokurorluq və polis orqanları əməkdaşlarının həyata keçirdikləri uğurlu istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılmış, onu  törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilmişdir.

Belə ki, vətəndaş Bəsti Mirzəyevanın 15 aprel 2013-cü il tarixdə paytaxtın Xətai rayon ərazisində itkin düşməsi ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə onun qeyri-rəsmi ər-arvad kimi münasibətdə olduğu və Əhmədli qəsəbəsində birgə kirayədə yaşadığı Sübhan Məmmədov tərəfindən boğularaq öldürüldüyü, daha sonra həmin ərazidəki yarımçıq tikilinin həyətində basdırıldığı müəyyən edilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş tədbirlər nəticəsində S.Məmmədov tutulmuşdur. O, istintaqa ifadəsində törətdiyi cinayəti etiraf edərək B.Mirzəyevanın basdırıldığı yeri göstərmiş, baxış zamanı meyit həmin ərazidə aşkar edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.