Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-05-13
Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa olunmuşdur

"Atrabank" Açıq Səhmdar Cəmiyyətinin Xəzər rayon filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri  barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş məlumatlar araşdırılmışdır.

Müəyyən edilmişdir ki, filialın vəzifəli şəxsləri tərəfindən 1 aprel 2011-ci ildən 1 sentyabr 2012-ci ilədək olan dövr ərzində saxta sənədlər əsasında, həmçinin bir çox hallarda yararsız vəziyyətdə olan avtomobillərin girov qoyulması yolu ilə 145-dən artıq vətəndaşın hər birinin adına kreditin rəsmiləşdirilərək mənimsənilməsi və yol verilmiş digər qanunsuz hərəkətlər nəticəsində ümumilikdə banka 600.0 min manatdan artıq məbləğdə külli miqdarda ziyan vurulmuşdur.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

        Hazırda iş üzrə istintaq davam etdirilir.