Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-01-21
AŞPA-nın həmməruzəçiləri Baş Prokurorluqda olmuşlar

Yanvarın 21-də Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşmüşdür.

Azərbaycan Respublikası ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti müzakirə olunmuş, məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının geniş tətbiqi və prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Həmməruzəçilər ölkəmizdə gedən demokratik prosesləri diqqətlə izlədiklərini, ötən prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini bildirərək Azərbaycan Prokurorluğu ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlıqlarını ifadə etmişlər.