Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-01-27
“Bərdə Yağ Pendir Az Qida” MMC-nin əməkdaşlarının qanunsuz əməlləri ifşa olunmuşdur

“Bərdə Yağ Pendir Az Qida” MMC-nin əməkdaşlarının qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılmışdır.

Araşdırma zamanı cəmiyyətin satış təmsilçisi Könül Nəbiyeva və qeyriləri  qulluq mövqeylərindən istifadə etməklə ticarət obyektlərindən qəbul etdikləri onlara etibar edilmiş pul vəsaitlərini  mənimsəməklə cəmiyyətə külli miqdarda  32.115 manat ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin  179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi  ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.