Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-05-27
Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müzakirə edilmişdir

Mayın 27-də Azırbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə Baş Prokurorluğun müvafiq idarələrinin, Hərbi Prokurorluğun, Bakı şəhər prokurorluğunun və Baş İdarənin əməkdaşlarının iştirakı ilə “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması” mövzusunda konfrans keçirilmişdir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək korrupsiyaya və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərin leqallaşdırılmasına  qarşı mübarizə istiqamətində həyata keçirilən işlərə dair ətraflı məlumat verərək, bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin Hüquq və metodologiya şöbəsinin rəisi Nurlan Babayev “Pulların leqallaşdırılması cinayətinin cinayət-hüquqi xarakteristikası”,  həmin şöbənin əməkdaşı Azər Abbasov  “Pulların leqallaşdırılması və korrupsiya cinayətlərinin oxşar və fərqli cəhətləri”, “Pulların leqallaşdırılması cinayəti üçün əsaslar və tipologiyalar” adlı məruzələr etmişlər.

Tədbirdə mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.