Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-01-28
”Azinterpartlayış-X” MMC-nin direktor müavini barəsində cinayət işi başlanmışdır

“Azinterpartlayış-X” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək haqqının mənimsənilməsi barədə vətəndaş Səməd Kərimovun müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmışdır.

Araşdırma zamanı 2011-2013-cü illərdə cəmiyyətdə işləmiş Səməd Kərimova hesablanmış 7.500 manat məbləğində əmək haqqının həmin müəssisənin maliyyə məsələləri üzrə direktor müavini Əligül Səlimov tərəfindən plastik kart vasitəsi ilə bankomatdan çıxarılaraq mənimsənilməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə )  maddələri  ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.