Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-01-30
Şirkətin külli miqdarda pulunu mənimsəmiş şəxslər barəsində cinayət işi başlanılmışdır

Türkan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətdə yol verilmiş qanun pozuntuları ilə əlaqədar toplanmış material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmışdır.

Cəmiyyətin sürücü-ekspeditoru Siyavuş Nəsibovun qulluq mövqeyindən sui-istifadə etməklə fiziki şəxs qismində sahibkarlıqla məşğul olan Samir Abbasi ilə əlbir olaraq telefon danışıq kartlarının satışından əldə olunmuş 452.0 min manat məbləğində pulu müəssisənin hesabına mədaxil etməyərək mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.3.2 və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.