Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-02-01
Bərdə rayonunda intihara cəhdlə bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir

Xəbər verildiyi kimi yanvarın 27-də saat 13:00 radələrində Bərdə rayonunun Alpout kənd sakini Maarif Vəliyev Bərdə rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında üzərinə tez alışan maddə tökərək intihara cəhd etmişdir. Yanıq xəsarətləri ilə mərkəzi rayon xəstəxanasına yerləşdirilən M.Vəliyevin vəziyyəti hazırda kafi, stabil olaraq qalır.

Həmin faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Araşdırmalarla müəyyən edilmişdir ki, M.Vəliyev Qarabağ müharibəsi əlili kimi ev almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətlə bağlı nazirlikdən, ona ayrılmış  0,24 hektar həyətyanı torpaq sahəsinin adından çıxarıldıqdan sonra ev verilməsinin mümkünlüyü bildirilmiş, eyni zamanda bununla bağlı digər zəruri sənədlərin toplanlması ona izah edilmişdir. M.Vəliyev öz növbəsində tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarından alınmasına laqeyd yanaşaraq buna təşəbbüs göstərməmiş və heç bir əsas olmadan üzərinə benzin tökərək intihara cəhd etmişdir.

Araşdırmalarla həmçinin M.Vəliyevin dövlət qayğısı ilə əhatə olunaraq fərdi ev tikintisi üçün ailəsinə 0,24 hektar torpaq sahəsi ayrılması, müraciəti əsasında 5 oktyabr 2013-cü il tarixdə Bərdə rayon İcra Hakimiyyəti tərəfindən 400 manat məbləğində maddi yardım göstərilməsi, II qrup Qarabağ müharibəsi əlili kimi Bərdə rayon Əhalinin Sosial Müdaifəsi Mərkəzindən hər ay 66 manat məbləğində sosial müavinət, 85 manat məbləğində Prezident təqaüdü, həmçinin oğlu Vüqar Vəliyevə I qrup əlil kimi 67 manat məbləğində sosial müavinət təyin olunması müəyyən edilmişdir.

Hazırda iş üzrə istintaq davam etdirilir.