Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-02-03
Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa olunmuşdur

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumatlar araşdırılmışdır.

Araşdırmalarla cəmiyyətin Şəki rayon Aqroservis filialının vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməməsi, əhaliyə göstərilən xidmətlərə görə onlardan yığılan pul vəsaitlərinin kassaya mədaxil edilməməsi, həmçinin  yol verilmiş digər qanun pozuntuları nəticəsində dövlətə külli miqdarda ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.