Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-02-05
Şirkətin külli miqdarda vəsaitini mənimsəmiş əməkdaşının qanunsuz əməlləri ifşa edilmişdir

Bakı şəhərində fəaliyyət göstərən “Camal LTD”-nin satış meneceri Cavidan Nurəhmədovun qanunsuz hərəkətləri barədə Baş prokuror  yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş material araşdırılmışdır.

Araşdırma zamanı C.Nurəhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətə məxsus dondurma məhsullarının satışından qəbul etdiyi 25.9 min manat məbləğində vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində və bununla da cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)  maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.